Ekoloji tarazlıq və aqroərzaq sistemlərinin dayanıqlığı | Icma.az
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) COP29-un Mavi Zonasında yerləşən pavilyonunda “İqlim dəyişikliyi ilə mübarizə və Su-Enerji-Qida-Ekosisteminin qarşılıqlı idarəedilməsi tədbirləri vasitəsilə aqroərzaq sistemlərinin dayanıqlığına nail olunması” mövzusunda panel müzakirələr keçirilib.
Bu barədə XQ-yə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bildirilib ki, İCESCO-nun elm və ətraf mühit sektoru üzrə eksperti Fahman Fathurrahman moderatorluğu ilə keçirilən tədbirdə dayanıqlı aqro-ərzaq sistemlərinə nail olmaq üçün strategiyalar, iqlim böhranı şəraitində su, enerji və ərzaq ehtiyatlarının davamlı və düzgün idarə olunmasını dəstəkləyən ən yaxşı təcrübələri, siyasət çərçivələrini və texnoloji yenilikləri müzakirə edilib.
Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib ki, iqlim dəyişikliyi ərzaq təhlükəsizliyinin təmin olunması, suya əlçatanlıq və enerji istifadəsi ilə bağlı problemlərin yaranmasına gətirib çıxarır ki, bu da aqro-ərzaq sistemlərində davamlılığın yaradılması üçün həll yollarının müzakirəsinə zərurət yaradır.
Bu problemlərin həllinin fermerlər və icmaların ehtiyaclarının təcili ödənilməsini balanslaşdıran innovativ, inteqrasiya olunmuş yanaşmalar tələb etdiyini diqqətə çatdıran nazir müavini deyib ki, Azərbaycanda dayanıqlı kənd təsərrüfatına keçid prosesinin asanlaşdırılması üçün hərtərəfli dövlət proqramları və maliyyə dəstəyi alətləri tətbiq edilir.
Onun sözlərinə görə, ölkədə su və torpaq resurslarından səmərəli istifadə, biomüxtəlifliyin qorunmasının iqlimə uyğunlaşma strategiyalarının əsasını təşkil edir, səmərəliliyi və davamlılığı artıran iqliməuyğun ağıllı kənd təsərrüfatı təcrübələrinə üstünlük verilir.
Ölkəmizdə damcı və çiləyici texnologiyaların tətbiqi ilə suvarma sistemlərinin müasirləşdirildiyini vurğulayan nazir müavini fermerlərin sudan səmərəli istifadə üsullarını mənimsəməsi üçün onlara subsidiyalar və aşağı faizli kreditlər verildiyini diqqətə çatdırıb.
Tam oxu
Xəbəri oxu