Ekoloq: Artıq biz su çatışmazlığı ilə qarşılaşırıq Xəbər saytı Son xəbərlər və Hadisələr |…
Icma.az, Baku.ws portalına istinadən məlumat verir. "Bu gün biz mövcud su resurslarımızdan nə dərəcədə rasional istifadə edirik?
Üzərində düşünməli olduğumuz əsas məsələ budur. Yaxın illərə qədər suvarma sistemlərimiz ibtidai qaydada çəkilib.
Kanallar vasitəsilə həyata keçirilən suvarma metodları su itkisinə səbəb olurdu.
Müasir dünya bu üsuldan imtina edib, müasir suvarma sistemləri quraşdırılır. Artıq biz su çatışmazlığı ilə qarşılaşırıq.
Bəzi regionlarda bu problem özünü büruzə verir. Lakin biz tamamilə sudan məhrum olan ölkə sırasında da deyilik.
Böyük və Kiçik Qafqazın zəngin su ehtiyatları var. Qalır onlardan rasional istifadə etmək".
BAKU.WS xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında Bakıda keçirilən COP29 iqlim konfransının iştirakçısı, Yaşıl Zonada məruzə ilə çıxış edən ekoloq Sahib Məmmədov deyib.
Ekspert vurğulayıb ki, hazırda su çatışmazlığını aradan qaldırmaq üçün üç əsas təbii resursdan istifadəyə diqqət yetirilməlidir: "Bu, ilk növbədə çay sularından səmərəli istifadəni nəzərdə tutur.
Tam oxu
Xəbəri oxu