Əkrəm əminiz həbsdən çıxacaq İmamoğlu (FOTO)

23.03.2025

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri və CHP-nin prezidentliyə namizədi Əkrəm İmamoğlu “korrupsiya” istintaqı çərçivəsində həbs edilib. 

"Unikal" xəbər verir ki, İmamoğlu Silivri rayonundakı həbsxanaya göndərilərkən sosial şəbəkə hesabında paylaşım edib. 

O, uşaqların onun üçün çəkdiyi rəsmlərdən birini paylaşaraq bu sözləri yazıb: "Sizə qurban olaram. Həbsxanaya yollanarkən uşaqların çəkdiyi şəkilləri, şeirləri, mesajları mənimlə bölüşdülər. Əzizlərim, siz mənim ən yaxşı yol yoldaşlarımsınız. Əkrəm əminiz (həbsdən) çıxıb sizin üçün böyük işlər görməyə davam edəcək".

Ağarza Elçinoğlu


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью