Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın tanınmış yazıçısı Əkrəm Əylisli Avropa Yenidənqurma və İnkişaf Bankının 2026-cı il Ədəbiyyat Mükafatına layiq görülüb.
“Yeni Sabah” xəbər verir ki, yazıçı mükafata Sovet dövründə qələmə aldığı “Adamlar və ağaclar” trilogiyasına görə layiq görülüb. Əsər uzun illər əvvəl yazılsa da, onun ingilis dilinə tərcüməsi yalnız bu yaxınlarda nəşr olunub.
Mükafatın qısa siyahısına üç müəllif daxil edilib. Final mərhələsində Əkrəm Əylislinin “Adamlar və ağaclar” trilogiyası polyak yazıçısı Yatsek Dukayın “Buz” romanı və misirli yazıçı Şadi Lyuisin “Qrinviç xəttində” kitabı ilə yarışıb. Münsiflər heyətinin qərarı ilə builki mükafatın qalibi Əkrəm Əylisli olub. Toyuqlu pizza
Avtobioqrafik elementlərlə zəngin olan trilogiyada hadisələr İkinci Dünya müharibəsi illərində Sovet Azərbaycanının dağ kəndlərindən birində yaşayan Sadıq adlı oğlanın gözü ilə nəql edilir. Əsərdə müharibə səbəbindən kişilərin cəbhəyə yollanması fonunda qadınların üzərinə düşən ağır əmək və ailələrin dolanışıq uğrunda mübarizəsi təsvir olunur.