Əkrəm Əylisli: Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram

28.01.2026

Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Mən azərbaycanlıyam, vətənimi çox sevirəm. Təəssüflər olsun ki, haqqımda uydurma nağıllar danışıldı”.

Mia.az xəbər verir ki, bu sözləri yazıçı Əkrəm Əylisli Musavat.com-a müsahibəsində bildirib.

“Bizim bütün qələbəmiz mənim qələbəmdir. Ancaq nadanlar, ağılsız adamlar fikirləşə bilər ki, mən qələbəmizə sevinmirəm. Qarabağı qarış-qarış gəzmişəm. Şuşada aylarla qalmışam. Şuşanı çox sevirəm. Bütün azərbaycanlılar necə sevinirsə, mən də elə sevinirəm. Belə fikirlər az səslənməyib ki, Azərbaycan dilini öyrənmək üçün həm də gərək Əkrəm Əylislinin əsərlərini oxuyasan. Belə əsərlər yazan biri necə xalqının qələbəsinə sevinməyə bilər?”, - yazıçı qeyd edib.

Ə.Əylisli müsahibəsində həmçinin səhhətində problemlər olduğunu da vurğulayıb.

“Açığı, evdən çıxa bilmirəm. Bunu ilk dəfədir ki, deyirəm. Çünki insanlar narahat olurlar. Səhhətimdə problemlər var. Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram. Heç kəslə də bu səbəbdən görüşmürəm. Düzü, evə də insanları dəvət etmək istəmirəm. Çünki ev tək sənin deyil, orada yaşayanların hər birinindir. Onların həyatını narahat etmək olmaz. Amma zəng edən dostlar var. Bir çox dostlarım istəyirlər ki, görüşsünlər. Nə yalan deyim, dostlarım daha çox gənclərdir. Onlar daim itirib-axtarırlar. Yazıçılar İttifaqında keçmişdə dostlarım var idi. Elə Anarın özü olsun. Mənim onlarla heç bir ünsiyyətim artıq mümkün deyil. Sanki başqa-başqa qitələrdə yaşayırıq. Anarla görüşümün heç bir əhəmiyyəti ola bilməz. Bunu ən yaxşı mən bilirəm. Hərə öz fikrindədir. O, öz qayğılarındadır, mən də öz. Düşüncə tərzlərimiz ümumiyyətlə, bir-birinə yaxın deyil”, - o bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью