Əkrəm İmamoğlu Bakıda Heydər Əliyevin məzarını ziyarət etdi FOTO

13.11.2024

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu COP29-da iştirak etmək məqsədilə Bakıda səfərdədir.

"Unikal" xəbər verir ki, bu barədə məlumatı İmamoğlu öz “X” hesabında paylaşıb.

O, səfər çərçivəsində ilk növbədə ümummilli lider Heydər Əliyevin məzarını, eləcə də “Türk şəhidliyi” abidəsini ziyarət edib.

Ə.İmamoğlunun sözlərinə görə, sammitdə Braziliya, Yaponiya və Albaniyadan olan nümayəndələrlə ətraf mühit və sosial məsələlərlə bağlı konfransda iştirak edib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью