Əkrəm İmamoğlu barəsində “casusluq işi” ilə bağlı ittiham aktı hazırlanıb

04.02.2026

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlu, Necati Özkan, Hüseyn Gün və Merdan Yanardağ barəsində “casusluq işi” ilə bağlı ittiham aktı hazırlanıb.

APA “Anadolu”ya istinadən xəbər verir ki, ittiham aktı İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində hazırlanıb.

Əkrem İmamoğlu, barəsində “siyasi casusluq” ittihamı ilə cinayət işi açılıb.

Qeyd edək ki, ötən ilin oktyabrında Əkrəm İmamoğlu, İmamoğlunun seçki kampaniyasının rəhbəri Necati Özkan və jurnalist Merdan Yanardağa qarşı casusluq ittihamı ilə istintaq başladılıb.

Xatırladaq ki, Əkrəm İmamoğlu ötən ilin martında İstanbul Böyük Şəhər Bələdiyyəsində başlanan araşdırma çərçivəsində saxlanılıb. İmamoğlunun evində axtarış aparılıb, sonra o, tibbi müayinəyə aparılıb. Bu işlə bağlı ümumilikdə 100-dən artıq şəxs saxlanılıb.

Əkrəm İmamoğlu 2019-cu ildə Cümhuriyyət Xalq Partiyasının namizədi olaraq İstanbul Böyükşəhər Bələdiyyə sədri seçilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью