Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu 53-ü həbsdə olan 436 nəfərin mühakimə olunduğu məhkəmə işi üzrə bu gün Silivridə müdafiə çıxışı edəcək.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, İmamoğlunun məhkəmədəki müdafiə çıxışının 4 gün sürəcəyi gözlənilir.
İttiham aktında İmamoğlu cinayətkar təşkilat qurmaq və idarə etmək, rüşvət almaq və tenderlərdə fırıldaqçılıq etməkdə günahlandırılır. Prokurorluq onun üçün ümumilikdə 828 ildən 2 352 ilə qədər azadlıqdan məhrumetmə cəzası tələb edir. İmamoğlu tərəfi isə məhkəmə prosesinin siyasi xarakter daşıdığını vurğulayır.
Qeyd edək ki, iyul ayında keçirilən ilk iclasda məhkəmə sədri ilə aralarında yaşanan mübahisədən sonra İmamoğlu zaldan çıxarılmışdı.
Zeynəb Rzayeva