Əkrəm İmamoğlu casusluqla ittiham olunur

24.10.2025

Icma.az, Lent az portalına istinadən məlumat verir.

İstanbul Böyükşəhər Bələdiyyə keçmiş sədri Əkrəm İmamoğlu, onun seçki kampaniyası direktoru Necati Özkan və jurnalist Merdan Yanardağ barəsində “casusluq” maddəsi ilə yeni istintaq başladılıb. Merdan Yanardağ saxlanılıb, "Tele1" kanalında axtarış aparılıb.

Lent.az bu barədə Türkiyə mediasına istinadla xəbər verir.

Qeyd edək ki, Əkrəm İmamoğlu bu ilin martında İBB-də başlanan araşdırma çərçivəsində saxlanılıb. İmamoğlunun evində axtarış aparılıb, sonra o, tibbi müayinəyə aparılıb. Bu işlə bağlı ümumilikdə 100-dən artıq şəxs saxlanılıb.

Əkrəm İmamoğlu 2019-cu ildə Cümhuriyyət Xalq Partiyasının namizədi olaraq İstanbul Böyükşəhər Bələdiyyə sədri seçilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью