Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci Növbəti Qurultayında qanun pozuntularına yol verildiyi iddiası ilə açılan məhkəmə işi üzrə hökm elan olunub. "Haber Qlobal"ın məlumatında deyilir ki, məhkəmənin qərarına əsasən, aralarında İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğlunun da olduğu 9 nəfər "Seçki Qanununu pozma" cinayətinə görə 2 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Əkrəm İmamoğlunun “İmamoğlu mənfəətpərəst cinayət təşkilatı” ilə bağlı aparılan istintaq çərçivəsində də 828 il 2 aydan 2352 ilə qədər həbs cəzası ilə cəzalandırılması tələb edilir.
Mətləb