Əkrəm İmamoğlu haqqında yeni istintaq başladılıb

08.07.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Bakırköy Respublika Baş Prokurorluğu İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu haqqında məhkəmə heyəti qarşısında işlətdiyi ifadələrə görə "dövlət qulluqçusunu hədələmə" maddəsi ilə öz təşəbbüsü ilə yeni istintaq başladıb.

Bakıvaxtı.az türk mətbuatına istinadən xəbər verir ki, Baş Prokurorluqdan verilən rəsmi açıqlamaya görə, istintaqa səbəb İmamoğlunun bu gün (8 iyul 2026-cı il) İstanbul 33-cü Ağır Cəza Məhkəməsində keçirilən iclasda hakim heyətinə ünvanladığı kəskin sözlər olub.

Məlumata görə, Əkrəm İmamoğlu məhkəmə zalında, "Mən müdafiə olunmayacam, mən mühakimə edəcəm. Narahat olmayın, mühakimə edəcəm, bu ittihamnaməni hazırlayanları mühakimə edəcəm..." ifadələrini işlədib. Prokurorluq bu çıxışda cinayət tərkibi müəyyən edərək dərhal hüquqi prosesə start verib.

Zeynəb Rzayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью