Əkrəm İmamoğlu korrupsiya ittihamından bəraət alıb

24.10.2025

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğlu haqqında “tender saxtakarlığı” ittihamı üzrə məhkəmə qərarı elan edilib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, İmamoğlu Beylikdüzü bələdiyyə başçısı olduğu dövrlə əlaqədar açılmış cinayət işi çərçivəsində bu gün hakim qarşısına çıxıb.

Məhkəmənin qərarına əsasən, Əkrəm İmamoğlu “tender saxtakarlığı” ittihamı üzrə bəraət alıb.

Xatırladaq ki, İmamoğlu bu ittihamla bağlı 7 ilə qədər həbs cəzası ilə üzləşə bilərdi.

Qeyd edək ki, İmamoğluna qarşı irəli sürülən digər ittihamlarla bağlı məhkəmə prosesləri davam edir.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью