Bakupost saytına istinadən Icma.az xəbər verir.
Türkiyədə həbsdə olan İstanbulun sabiq meri Ekrem İmamoğlu "tender saxtakarlığı" ittihamı üzrə bəraət alıb.
Bakupost.az Oxu.az-a istinadla xəbər verir ki, korrupsiya istintaqı çərçivəsində vəzifəsindən kənarlaşdırılan və həbs edilən şəhər merinin işi ilə bağlı iclas bu gün İstanbulun Büyükçekmece 10-cu Cinayət Məhkəməsində keçirilib.
Prokuror bu ittiham üzrə İmamoğlunun siyasi fəaliyyətinə qadağa qoyulması və yeddi ilə qədər həbs cəzası tələb edib. Lakin məhkəmə siyasətçiyə bəraət verib.