Əkrəm İmamoğlu sabah məhkəməyə çıxarılır

21.03.2025

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Korrupsiya və terrora dəstəkdə ittiham edilən İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu sabah yerli vaxtla saat 21:00-da məhkəmə binasına gətiriləcək.

Axar.az xəbər verir ki, İmamoğlu artıq ibtidai istintaqa ilk ifadəsini verib.

Bildirilir ki, Əkrəm İmamoğlu ona qarşı irəli sürülən ittihamları rədd edib.

Qeyd edək ki, korrupsiya və terrora dəstək ittihamları ilə İBB sədri Əkrəm İmamoğlu da daxil olmaqla, 106 nəfərə ittiham irəli sürülüb, onlardan 88 nəfəri həbs edilib. Digər şübhəlilər axtarışdadır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью