Icma.az, Missiya.az portalına istinadən məlumat yayır.
İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı keçirilən əməliyyat zamanı həbs edilən və vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlu bu gün iki iş üzrə hakim qarşısına çıxıb.
Missiya.Az NTV-yə istiandən xəbər verir ki, İmamoğlunun mühakimə olunduğu ilk iş onun İstanbul Baş prokuroru Akın Gürleki hədəf alması iddiası ilə açılan istintaqla bağlıdır.
İkinci iş isə Daxili İşlər Nazirliyinin 2023-cü ildə başlatdığı araşdırma nəticəsində İmamoğluna qarşı "tenderi saxtalaşdırmaq" ittihamı ilə iddiasıdır. İmamoğlunun Beylikdüzü Bələdiyyə Başçısı olduğu dövrə aid olan tender işinə də bu gün baxılacaq.
Hər iki halda İmamoğlunu 7 ilə qədər həbs gözləyir.
Nurlana Əhmədova
Missiya.Az