Əkrəm İmamoğluna futbol QADAĞASI

09.09.2026

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) işi ilə əlaqədar olaraq bələdiyyə sədri Əkrəm İmamoğlunun da daxil olduğu 51 nəfərin saxlanıldığı bəzi həbsxanalarda yeni mövsümün başlaması ilə Super Liqa matçlarını izləmək mümkün olmayacaq. 

“Cebheinfo.az” “Sözcü” qəzetinə istinadən xəbər verir ki, Silivri, Tekirdağ və Çorlu həbsxanalarındakı məhbuslar ötən mövsüm liqa matçlarını canlı izləyə bilsələr də, bu mövsümün əvvəlində bu imkan aradan qaldırılıb. 

İddia edilir ki, həbsxana rəhbərliyi yayımların kəsilməsinin səbəbi kimi yayım şirkəti ilə razılaşma əldə edilə bilmədiyini göstərib. Məhbusların yayım haqqını öz ciblərindən ödəmək təklifi həbsxana rəhbərliyi tərəfindən qəbul edilməyib. 

Nigar 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью