Ekrem İmamoğluna qarşı daha bir təhqiqat başladıldı

13.05.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

İstanbul meri vəzifəsindən uzaqlaşdırılan və hazırda həbsxanada olan Ekrem İmamoğluna qarşı prokurorluq tərəfindən təhqiqat başladılıb.

Oxu.Az "Haber Global" telekanalına istinadla xəbər verir ki, İstanbul Baş Prokurorluğu "dövlət məmurunu xidməti vəzifələrini icra edərkən təhqir etmə" maddəsi ilə təhqiqat aparacaq.

Bildirilir ki, araşdırmaya səbəb E.İmamoğlunun "Şəhər uzlaşması" təhqiqatını aparan iki prokurora dediyi sözlər olub.

E.İmamoğlunun saxlandığı Silivri həbsxanasında ifadə verəcəyi qeyd edilir.

Xatırladaq ki, E.İmamoğlu martın 19-da korrupsiyada şübhəli bilinərək həbs edilib və İstanbul Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью