Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Həbs edildikdən sonra vəzifəsindən uzaqlaşdırılan İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) başqanı Əkrəm İmamoğlu,keçmiş Tuzla bələdiyyə sədri Şadi Yazıcını təhqir etdiyi iddiası ilə yenidən həbsə məhkum edilib.
"Cebheinfo.az" xəbər verir ki, Tuzla Bələdiyyəsinin keçmiş başçısı Şadi Yazıcını təhqir etməkdə ittiham olunduğu məhkəmə prosesində İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) Başçısı Əkrəm İmamoğlu "dövlət məmurunu açıq şəkildə təhqir etmək" günahından 2 il 1 ay həbs cəzasına məhkum edilib.
Zaldan zorla çıxarıldı
Məhkəmə, həmçinin İmamoğluna siyasət qadağası qoyub. Bu isə bələdiyyəyə yeni şeçkilərin keçirilməsini gündəmə gətirib.
İmamoğlu məhkəmədə deyib: "Mənim adımdan qərar verə biləcək heç bir məhkəmə yoxdur. Onsuz da zəifləmiş Türkiyə məhkəmə sisteminə möhkəm bir zərbə endirilib. Hakimlər etibarsızdır".
İmamoğlu məhkəmə zalından zorla çıxarılıb.
Nə baş vermişdi?
Xatırladaq ki, 25 oktyabr 2022-ci ildə Tuzla qabaqcıl bioloji çirkab sularının təmizlənməsi qurğularının 3-cü mərhələsinin açılış mərasimi zamanı Şadi Yazıcı ilə Əkrəm İmamoğlu arasında gərgin bir mübahisə baş verib.
İmamoğlu "Həmin şəxs bura problem yaratmaq üçün gəlib... Sakitləşin, diqqət yetirməyin, pis sözlər onu deyənə aiddir",-deyib.
Şadi Yazıcı bundan sonra məhkəməyə şikayət edib. Onun şikayətindən sonra İmamoğluna qarşı Türkiyə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə "dövlət məmurunu vəzifələrini yerinə yetirərkən açıq şəkildə təhqir etmək" ittihamı ilə 3 ay 15 gündən 2 il 4 aya qədər həbs cəzası, eləcə də siyasi qadağa tələb edən ittiham irəli sürülüb.
Əkrəm İmamoğlu daha əvvəl bu ittihamdan iki dəfə bəraət alıb.
Xəzər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin