Əkrəm İmamoğlunun mətbuat katibi də həbs edildi

23.03.2025

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

İstanbul bələdiyyəsinin media şirkətinin rəhbəri, bələdiyyə sədri Əkrəm İmamoğlunun mətbuat katibi Murat Ongun də həbs qərarı çıxarılanlar içərisindədir.
Bizim.Media "Anadolu"ya istinadən xəbər verir ki, məhkəmə onunla yanaşı, "İmamoğlu İnşaat" şirkətinin baş direktoru Tuncay Yılmazın da həbs edilməsinə qərar verib.
 

Şübhəlilər Əhməd Palazoğlu, Əlihan Aydın, Ercan Saatçi, Alpərən Aydın, Bayram Taşkın, Canan Münüklü, Cəmal Ufuk Karakaya, Birsen Şahin və Vahit Doğan barədə isə xaricə çıxış qadağası və məhkəmə nəzarəti tətbiq edərək azad edilməsinə qərar verib.


Digər şübhəlilərin məhkəmədəki ifadələri davam edir.
Qeyd edək ki, İstanbul bələdiyyəsinə dair korrupsiya işi üzrə qurumun sədri və daha 18 şübhəli həbs edilib.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью