Əkrəm İmamoğlunun TBB dəki vəzifəsinə təyinat oldu

23.03.2025

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsi və vəzifəsindən uzaqlaşdırılmasından sonra Türkiyə Bələdiyyələr Birliyində (TBB) rəhbər dəyişikliyi baş verib.

Axar.az xəbər verir ki, bu barədə “Son dəqiqə” məlumat yayıb.

Məlumata görə, İmamoğlunun sədrlik etdiyi Türkiyə Bələdiyyələr Birliyinə Adana Böyükşəhər Bələdiyyəsinin başqanı Zeydan Karalar rəhbərlik edəcək.

Zeydan Karaların müvəqqəti sədr kimi təyin edilməsi hazırda vəziyyətin idarə olunması baxımından mühüm addım hesab edilir.

Qeyd edək ki, İsranbul Böyükşəhər Bələdiyyə Məclisi də yeni sədrini seçəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью