Əkrəm İmamoğlunun xanımından açıqlama

19.03.2025

Missiya.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

 İstanbul meri Əkrəm İmamoğlunun həyat yoldaşı Dilek İmamoğlu ərinin saxlanmasına münasibət bildirib. 
Missiya.Az xəbər verir ki, Dilek İmamoğlunun açıqlamasını  CNN Türk  yayımlayıb

“Onlar səhər tezdən gəldilər... Dünən yoldaşımın diplomunu qanunsuz olaraq ləğv etdilər. Biz bunu gözləyirdik? Fikirləşirsən ki, bu, ola bilməz, sonra birdən yeni proses başlayır...” Dilek İmamoğlu bildirib.

O, həmçinin İmamoğlunun cinayət təşkilatları ilə əlaqədə olması ilə bağlı ittihamları “gülünc” adlandırıb:. “Çoxlu yalan məlumatlar yayılır...” deyə, İstanbul bələdiyyə sədrinin həyat yoldaşı qeyd edib.

Elcan
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью