Eks əkskəşfiyatçı yeni partiya yaradır

18.12.2024

Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.

Almaniya əkskəşfiyyatının keçmiş rəhbəri Hans-Georq Maassen "Werteunion" ("Dəyərlər İttifaqı) adlı yeni partiya yaradıb.

Bu barədə məlumat verən Reuters agentliyi bildirir ki, Maassen, Almaniya konstitusiyasının müdafiəsi idarəsinin keçmiş rəhbəri vəzifəsindən 2018-ci ildə azad edilib. Eks kəşfiyyat rəhbəri ultrasağçı təşkilatın təhlükəsini hesaba almadığı üçün vızifədindən kənarlaşdırılmışdı. 

Maassen,  Ximnitsdə millətçilərin miqrantlara qarşı törətdikləri vəhşiliklərlə bağlı videorolikin həqiqiliyinə şübhə ilə yanaşmaqda ittiham olunurdu. 

Xatırladırıq ki, hələ fevral ayının 5-də 200 minə yaxın insan, ultrasağçı "Almaniyaya alternativ" partiyasına etiraz edərək ümummilli mitinqlərə  çıxmışdılar. Bu mitinqlər bir neçə həftə davam etmişdi. 

 Rüstəm Hacıyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью