Icma.az, Axsham.az portalına istinadən məlumat verir.
Amerikalı aktrisa Helli Berri keçmiş həyat yoldaşı Olivier Martinez tərəfindən 12 yaşlı oğlu Maceoya qarşı fiziki zorakılıqda ittiham olunub.
Axşam.az xəbər verir ki, Martinez məhkəməyə müraciət edərək oğlunun qəyyumluğunun ona verilməsini istəyib. O, sentyabrın 26-da Berrinin oğlunun üstünə atıldığını, boynundan tutaraq boğduğunu iddia edib.
Martinez həmçinin son illərdə oğluna qarşı digər fiziki hücumların, eləcə də özünə qarşı şifahi və emosional zorakılığın baş verdiyini bildirib. Onun sözlərinə görə, Maceo hadisədən sonra travma yaşayıb və anasının evində qalmaq istəmir.
Berrinin vəkili isə ittihamları əsassız adlandırıb. Vəkilin sözlərinə görə, Martinez əvvəllər məhkəmə qərarlarını dəfələrlə pozub və bu səbəbdən hüquqi sanksiyalara məruz qalıb.
Xatırladaq ki, Martinez və Berri 2015-ci ildə, iki illik evlilikdən sonra boşanıblar.
Qeyd edək ki, bir çox ekran işində rol alan Helli izləyicilərə daha çox "Pişik qadın" filmindəki obrazı ilə tanışdır.