“Əks halda ana canlı yayımda intihar edəcək” Kəmalə Ağazadə hədələndi | Icma.az
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Uşağını dayənin yanında qoyub gedən və sonradan Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilən azyaşlının anası övladını qaytarmayacağı təqdirdə sığınacağı intihar edəcəyi ilə təhdid edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə sığınacağın rəhbəri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.
“Təxminən 1 il öncə ana 2 yaşlı övladını dayənin yanına qoyaraq gedib və onunla 28 gün ərzində əlaqə saxlamayıb.
Dayə uşağın anasından xəbər çıxmadığını görəndə vəziyyətlə bağlı qaynar xəttimizə müraciət etdikdən sonra polis əməkdaşlarının iştirakı ilə uşaq sığınacağa yerləşdirilib.
2024-cü ilin yay ayında sığınacağımızın sakinləri Nabranda istirahət edərkən canlı açdığımız zaman bu müraciət canlıya yazıldı, biz öz tərəfimizdən müraciəti polisə və qaynar xəttimizə yönləndirdik.
Ananı dəfələrlə sığınacağa dəvət etdik, gəlmədi. Azyaşlının sığınacaqda qaldığı müddət ərzində isə naməlum şəxslər müxtəlif nömrələrdən zəng
Onlar təhdidedici ifadələr işlədərək uşağın təhvil verilməsini tələb edir, hədə-qorxu gəlir, bizi öldürəcəklərini bildirirdilər.
Tam oxu
Xəbəri oxu