“Əks halda Kreml parlament seçkisi öncəsi Paşinyana...”

28.11.2025

Adelet.az saytına istinadən Icma.az xəbər verir.

“Fikrimcə, baş nazir Nikol Paşinyan Azərbaycanla sülh sazişi imzalanana qədər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk etməyəcək”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Əks halda Kreml parlament seçkisi öncəsi Paşinyana və onun partiyasına əlavə problemlər yaradacaq. Paşinyan və onun komanda üzvləri bunu anladıqlarından əvvəlki illərdən fərqli olaraq KTMT ilə bağlı sərt açıqlamalar verməkdən çəkinirlər. Təsadüfi deyil ki, Ermənistan rəsmiləri KTMT-nin tədbirlərində iştirak etməsələr də, təşkilatın qərarlarının qəbuluna əngəl olmayacaqlarını bildiriblər”, - deyə politoloq bildirib. 

Vasif ƏLİHÜSEYN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью