“Əks halda, Slotun sonu çatacaq” Qurban Qurbanov bunu bacararmı? oyuna 4 saat qaldı

28.01.2026

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İngiltərəli futbol veteranı Ceymi Karraqer bu gün keçiriləcək “Liverpul” – “Qarabağ” oyunundan əvvəl bəzi açıqlamalar verib.

“Football-plus.az” xəbər verir ki, “Bazar ertəsi gecəsi və futbol” verilişində çıxış edən “Sky Sport”un əməkdaşı “qırmızılar”ın baş məşqçisi Arne Slotun “Qarabağ”ı məğlub etməkdən başqa çarəsinin qalmadığını bildirib:

“Liverpul” indi pis dönəmdən keçir. Ümumiyyətlə, bu komanda hazırda premyer-liqa səviyyəsindən aşağıdı. Slotun tətbiq etdiyi sistem fayda vermir. Hücumların kəskinlik səviyyəsi aşağı düşüb. Müdafiə xəttində isə ciddi boşluqlar var. “Liverpul” bir vaxtlar ən yaxşı hücum fəlsəfəsinə sahib olan komandalardan idi. Slot vəziyyəti dəyişib. Hücumlarn tempi azalıb. Komanda əvvəllər bir göz qırpımında ən geridən irəli gedirdi. İndi belə qüvvə yoxdu. “Liverpul”un oyunlarında yaradıcılıq da hiss olunmur. Komandanın nə təzyiq göstərmək qabiliyyəti qalıb, nə də sürəti. Bu gün yeganə çıxış yolu “Qarabağ”ı məğlub etmək, 1/8 finala yüksəlməklə pley-off yükündən azad olub premyer-liqaya köklənməkdi. Əks halda, Slotun sonu çatacaq”.

Xatırladaq ki, “Liverpul” – “Qarabağ” oyunu saat 00.00-da başlayacaq.
KƏNAN BAHADIR
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью