Eks məmur kommunal pulunu ödəmədi Dava düşdü

09.06.2026

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

15 il Naxçıvan Muxtar Respublikasının Baş nazirinin müavini işləmiş Təranə Quliyeva qaldığı binada qalmaqallı hadisə yaşayıb. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata, siyasətçi yaşadığı mənzilin kommunal xərclərini ödəmək istəmədiyi üçün komendantla dalaşıb.

Həmin binanın komendantı da xanım olub. O, T.Quliyevadan kommunal xərcləri ödəməsini istəyərkən keçmiş məmur onunla dava edib, yüksək səslə davam edən sözlü mübahisənin əlbəyaxaya keçməsinin qarşısı alınıb.

Komendantın şikayətindən sonra T.Quliyeva aidiyyəti üzə polis idarəsinə çağırılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib. Baş nazirin eks-müavini sonradan sərbəst buraxılıb.

Qeyd edək ki, 51 yaşlı siyasətçi 2000-2015-ci illərdə Naxçıvan MR-nın Baş nazirinin müavini işləyib. O, görkəmli musiqiçi, Naxçıvanın əməkdar incəsənət xadimi Arif Quliyevin qızıdır.

Sail Ağasəlim

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью