Eks prezidentdən Paşinyana sərt ittiham: “Yalançı sülh yaratmaq...”

28.11.2026

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistanın sabiq prezidenti Robert Köçəryan yeni Konstitusiya layihəsinin mətnindən Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasını kəskin tənqid edib. 

“Cebheinfo.az”-ın məlumatına görə, Köçəryan yeni konstitusiyanın mətninin Azərbaycanın sifarişi ilə yazıldığına dair əsassız iddialar irəli sürüb:

“Ermənistan Respublikasının dövriyyəyə buraxılan yeni Konstitusiya layihəsində hakimiyyətin Azərbaycan və Türkiyənin Müstəqillik Bəyannaməsi, dövlət rəmzləri və “soyqırım”ın tanınmasından geri çəkilməklə bağlı gündəlik tələblərini təmin edəcəyi şübhəsiz idi.

Lakin həmin mətnin tam məzmunu Paşinyanın yalançı sülh yaratmaq adı altında ictimaiyyətə konstitusiya səviyyəsində avtoritar hakimiyyətini gücləndirən və sadəcə monarxiya hakimiyyətini əbədiləşdirəcək bir mətn təqdim etdiyini açıq şəkildə göstərir”, - deyə Köçəryan bildirib. 

“Məcburiyyət altında qəbul edilmiş belə bir konstitusiya halında biz nəinki milli ləyaqətimizi zədələyirik, həm də dövlət kimi bərpa olunmaq və təsis olunmaq şansını itiririk. 

Ermənistan qorxaq diktatoru ilə regionun ən kasıb, ən qorxulu, milli cəhətdən bədənsiz, kasıb və borclu ərazisinə çevriləcək”.

Ermənistanın eks-prezidenti bəyan edib ki, hakimiyyət hansısa möcüzə ilə Müstəqillik Bəyannaməsinə istinadı bərpa etmək qərarına gəlsə belə, hazırda belə bir konstitusiyanın qəbul edilməsi qətiyyən qəbuledilməzdir.

Müşfiq Abdulla
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью