Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Eks "Qarabağ"lı bu klubun baş məşqçisi oldu
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
"Qarabağ"ın sabiq futbolçusu Muarrem Muarremin yeni iş yeri bəlli olub.
QOL.az xəbər verir ki, o, "Rabotniçki"nin baş məşqçisi təyin edilib.
Bu barədə Şimali Makedoniya klubunun mətbuat xidməti məlumat yayıb.
Gənc mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Xatırladaq ki, Muarem Muarem "Qarabağ"ın tanınmış futbolçularından olub. O, müxtəlif vaxtlarda 2 dəfə (2012-15 və 2016-17-ci ilərdə) Ağdam klubunda oynayıb. 37 yaşlı məşqçi buna qədər “Qostivar”, “Başkimi” klublarını çalışdırmışdı.