Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Şabran rayonu ərazisində kobud qayda pozan sürücü görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, video sosial şəbəkədə paylaşılıb. Belə ki, hərəkətdə olan 77-JC-411 dövlət nömrə nişanlı “Temsa” markalı sərnişin avtobusunun sürücüsü önündəki yük maşınlarını ötmək üçün əks istiqamətli yola çıxıb. Daha sonra o, qarşıdan gələn avtomobili görərək qismən sağa manevr edib. Qayda pozan sürücü maşın uzaqlaşdıqdan sonra əks yolla hərəkət etməyə davam edib və yenidən öz zolağına keçib.
Qeyd edək ki, hadisə şahidinin iddiasına əsasən, sözgedən sürücü yol boyu lüzumsuz manevrlər edərək sərnişinlərin həyatını təhlükəyə atıb.
Nərmin