Əks yola çıxan “Mercedes” sürücüsü qəza törətdi, xəstəxanalıq oldu RƏSMİ VİDEO

28.02.2025

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, qəza fevralın 25-də saat 13:00 radələrində qeydə alınıb: “Yol-nəqliyyat hadisəsi Mingəçevir-Bəhramtəpə yolunun Bərdə rayonu Mehrili kəndi ərazisindən keçən 67-ci kilometrliyində baş verib. Belə ki, sürücü - Ağcabədi rayonu Qarabəyli kənd sakini Bayramov Əzizağa Hümbət oğlunun idarə etdiyi 20-EN-827 “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən əks istiqamətli yola çıxıb. Bu zaman o, qarşı tərəfdən gələn sürücü 1991-ci il təvəllüdlü Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində yaşayan Abbasov Fariz Sofu oğlunun idarə etdiyi  90-XN-630 dövlət nömrə nişanlı  “Mitsubishi” markalı maşınla toqquşub. Hadisə zamanı hər iki nəqliyyat vasitəsi sıradan çıxıb, müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü - Ə.Bayramov Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma davam edir”.

Nərmin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью