Əks yola çıxan “Prius” avtobusu görüb çıxılmaz vəziyyətə düşdü VİDEO

18.10.2025

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Paytaxtın Yasamal rayonu, Murad Mirzəyev küçəsində qayda pozan sürücü avtomobilin videoregistratoruna düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 17-də saat 17:42 radələrində qeydə alınıb. Kadrlardan göründüyü kimi, taksi fəaliyyəti ilə məşğul olan, 90-BS-980 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü əks istiqamətə çıxaraq hərəkət edib.

Bu zaman o, qarşıdan gələn avtobusun yolunu kəsərək qəza vəziyyəti yaradıb. Çıxılmaz vəziyyətdə qalan “Prius” sürücüsü maşını arxaya verərək yenidən öz zolağına qayıdıb.
Belə halların qarşısını almaq üçün sürücülərin qaydalara ciddi əməl etməsi və diqqətli olması vacibdir.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью