Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Hökməli-Qobu yolunda ard-arda qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 31-də saat 15:17 radələrində qeydə alınıb.
Kadrlardan görünür ki, 99-KZ-909 dövlət nömrə nişanlı “Land Rover” markalı avtomobilin sürücüsü əks istiqamətli yola çıxaraq nəqliyyat axınına qarşı hərəkət edib.
Daha sonra hərəkət istiqamətinə uyğun zolağa keçən sürücü bu dəfə də görüntünü qeydə alan avtomobilin qarşısına çıxaraq qəza şəraiti yaradıb. Xoşbəxtlikdən təhlükəylə üzləşən sürücü ehtiyatlı davranaraq baş verəcək toqquşmanın qarşısını alıb.
Nərmin
bax.tvhttps://player.bax.tv/embed/228456.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar