Əks yola çıxan sürücü avtomobilləri sıxışdırıb təhlükə yaratdı VİDEO

18.07.2025

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xırdalan şəhərində yol hərəkəti qaydasını pozan sürücü digər avtomobillərə təhlükəli vəziyyət yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə Mehdi Hüseynzadə küçəsində qeydə alınıb.

Belə ki, 90-HF-250 qeydiyyat nişanlı "KIA Sorento" markalı avtomobilin sürücüsü əks yola çıxaraq ötmə əməliyyatı həyata keçirib. Bu zaman həm görüntünü qeydə alan avtomobili sıxışdıraraq, həm də qarşıdan gələn nəqliyyat vasitələrinin yoluna çıxaraq təhlükəli vəziyyət yaradıb.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью