Əks yola çıxan sürücü “avtoş”luq edib qarşıdan gələn maşınlara təhlükə yaratdı VİDEO

23.07.2025

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Novxanı yolunda (Dəmiryol körpüsü adlanan ərazidə) yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücünün görüntüsü “TikTok” sosial şəbəkəsində paylaşılıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl axşam saatlarında qeydə alınıb. Kadrdan da göründüyü kimi, “Mercedes” markalı avtomobilin sürücüsü qoşa xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıb və axına qarşı hərəkət edib. Bununla kifayətlənməyən sürücü yol boyu təhlükəli manevrlər edərək qarşı tərəfdən gələn nəqliyyat vasitələrinə qəza şəraiti yaradıb. 

Nərmin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью