Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakıda əks yola çıxan sürücü ağlasığmaz hərəkət edib. Avtosfer.az xəbər verir ki, hadisə fevralın 26-da, paytaxtın Bakıxanov qəsəbəsində qeydə alınıb.
Belə ki, 99-LM-562 qeydiyyat nişanlı "Samand" markalı avtomobilin sürücüsü əks yola çıxaraq qarşıdan gələn avtomobillərə təhlükə yaradıb. Onun əks istiqamətə çıxmasının səbəbi isə sərnişin düşürmək olub.
Görüntünü qeydə alan sürücü iddia edir ki, əks yola çıxan avtomobilin sürücüsü təhlükə yaratdıqdan sonra üzr istəmək əvəzinə, əl-qol hərəkətləri edərək özünə haqq qazandırmağa çalışıb.
Fərid