Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi VİDEO

23.10.2026

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda qaydalara əməl etməyən sürücü təhlükəli anlar yaşadıb. Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 20-də, saat 16:18 radələrində Binəqədi rayonu, Yəhya Hüseynov küçəsində qeydə alınıb. Belə ki, qeydiyyat nişanı məlum olmayan "Honda" markalı avtomobilin sürücüsü əks yola çıxaraq svetoforda dayanmış avtomobilləri ötməyə başlayıb. Bu zaman o, qarşıdan gələn yük avtomobilinin önünə çıxaraq təhlükəli anlar yaşadıb. Sürücü qəzanın qarşısını almaq məqsədilə dayanaraq onun keçib-getməsini gözləyib. Qaydaları pozan sürücü isə daha sonra svetoforun qırmızı işığında hərəkətini davam etdirərək növbəti kobud qayda pozuntusuna yol verib.

Fərid

bax.tvhttps://player.bax.tv/embed/228117.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=avto-moto-xeberler

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью