Əks yolla gələn “BYD” sürücüsü son anda zolağına qayıtdı VİDEO

07.10.2026

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Xəzər rayonu, Mərdəkan qəsəbəsində qayda pozan sürücü kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 4-də saat 11:30 radələrində qeydə alınıb.

Kadrlardan görünür ki, “BYD” markalı avtomobilin sürücüsü əks istiqamətli hərəkət zolağı ilə irəliləyərək bütöv xəttin tələbini pozub. Bu zaman o, görüntünü qeydə alan avtomobilin qarşısına çıxaraq təhlükəli vəziyyət yaradıb. Qarşıdan avtomobilin gəldiyini görən sürücü son anda öz hərəkət zolağına qayıdıb.

Nərmin

bax.tvhttps://player.bax.tv/embed/227636.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью