Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Sabunçu-Balaxanı yolunda qayda pozan sürücü qeydə alınıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 19-da səhər saatlarında baş verib. Videoda 90-OV-732 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsünün bütöv xəttin tələbini pozaraq əks istiqamətli hərəkət zolağına çıxdığı görünür.
Bu manevr nəticəsində o, hər iki zolaqda hərəkətdə olan avtomobillərə qəza riski yaradıb.
Qeyd olunan vəziyyət bir daha göstərir ki, əks istiqamətli hərəkət zolağına çıxmaq yalnız qayda pozuntusu deyil, eyni zamanda qəza şəraitinə səbəb olur.
Nərmin