Əks yolla hərəkət edib digər sürücünü özündən çıxartdı: Tərbiyən olsun... VİDEO

22.05.2025

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Sədərək" Ticarət Mərkəzinin ərazisində yol hərəkəti qaydasını pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə mayın 3-də qeydə alınıb.

Belə ki, 77-FS-316 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü əks yola çıxaraq ötmə əməliyyatı həyata keçirib. Qarşıdan avtomobillərin gəldiyini görən zaman sağ zolağa keçməyə çalışan sürücüyə yol verməyiblər. Görüntünü qeydə alan sürücü əsəbiləşərək qayda pozan sürücüyə öz iradını bildirib.

Qeyd edək ki, sürücünün təhlükəsizlik kəmərindən istifadə etməməsi arxa görüntü kamerasına aydın şəkildə əks olunub.

Fərid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью