Əksər yerlərdə yağıntılar intensiv və güclüdür Faktiki hava | Icma.az
GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Azərbaycanın əksər yerlərində hazırda yağıntılar intensiv və güclüdür.
Globalinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin saat 17:00-a olan məlumatında bildirilib.
Məlumata görə, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq- Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara zonasında sulu qar, qar yağır.
Havanın temperaturu isə Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında 1 dərəcəyədək isti, Naxçıvan MR-da 6, dağlıq rayonlarda 7, yüksək dağlıq ərazilərdə isə 12 dərəcəyədək şaxta qeydə alınır.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu