“Eksperimental xəstəxana” əhalinin gəzinti yerini zəbt edib FOTOLAR

17.12.2025

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Akademik M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin (Eksperimental Xəstəxana) həyəti 2 ildən artıqdır ki, hasarlanıb.

Bu barədə Gununsesi.info -ya sözügedən ərazidə yaşayan sakinlər deyib:

“Əvvəllər bildirilirdi ki, həmin ərazidə hansısa inşaat işləri aparılacaq, lakin sonradan məlum oldu ki, bu sahənin xəstəxanaya heç bir aidiyyatı yoxdur. Buna baxmayaraq, xəstəxana hələ də ərazini hasarlayıb və oradakı ağaclar quruyur”.

Yaxınlıqda yaşayan sakinlər deyir ki, parkdan istifadə edə bilmirlər.

Məsələ ilə bağlı M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə müraciət etdik.

Mərkəzin direktoru Rauf Ağayev sorğumuza cavab olaraq bildirdi ki, həmin ərazi onlara aid deyil:

“Vətəndaşlar bizə də şikayət etmişdilər. Nazirliyə də bu barədə cavab vermişik. Həmin məktubları cavablandırmışıq. Ərazi bizim deyil. Qarşıdakı bina bizə aiddir, ancaq həmin ərazi bizə aid deyil”.

Rauf Ağayev həmin ərazinin xəstəxanaya aid olmadığını qeyd etsə də, araşdırmalarımız zamanı öyrəndik ki, ərazi məhz Eksperimental Xəstəxana tərəfindən hasarlanıb.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью