Ekspert: ABŞ artıq Almaniya üçün etibarlı tərəfdaş deyil

25.01.2026

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kil Dünya İqtisadiyyatı İnstitutunun direktoru Moritz Şularik hesab edir ki, Almaniya hökuməti artıq ABŞ-a etibar edə bilməz.

Bizimyol.info xəbər verir ki, "DPA" xəbər agentliyinin məlumatına görə, Şularik: "ABŞ prezidenti Donald Trampın Davosdakı çıxışı bir daha bizə göstərdi ki, ABŞ artıq bizim üçün etibarlı tərəfdaş deyil. O hesab edir ki, Almaniya "bir siyasətçinin gözlənilməz əhval-ruhiyyəsindən" asılı olmamalı, əksinə sabit əks çəki yaratmalıdır", - deyə bildirib.

O, inkişaf siyasətini nümunə kimi göstərib. İqtisadçı hesab edir ki, Almaniya üçün bu sahəyə investisiya qoymaq indi təkcə iqtisadi baxımdan, miqrasiya və iqlim siyasəti baxımından deyil, həm də geosiyasi baxımdan məna kəsb edir. İnstitut direktoru: "Əgər tərəfdaş ölkələrə və açıq ticarət yollarına ağıllı şəkildə investisiya qoysaq, daxili artımı da təşviq edəcəyik", - deyə vurğulayıb.

O bildirib ki, keçmişdə Almaniya hökuməti inkişaf vəsaitlərini səhv bölürdü, "və real dəyişikliklər nadir hallarda baş verirdi". Şularik qeyd etdiyi kimi, altruizm əvəzinə, öz maraqlarına üstünlük verməlidir.

"INSA" sosiologiya institutu tərəfindən "Bild" qəzeti üçün aparılan son sorğuya görə, almanların 61%-i ABŞ prezidenti Donald Trampı Almaniya üçün daha çox təhlükə kimi qəbul etdiklərini bildirib. Respondentlərin yalnız 24%-i onu hələ də daha çox müttəfiq hesab edir.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью