Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-ın İrana endirdiyi zərbələr Vaşinqtonun qlobal arenada lider rolunu oynamadığını, sadəcə İsrailin iradəsini yerinə yetirdiyini göstərir.
Axar.az xəbər verir ki, bunu Cenevrə Beynəlxalq Sülh Problemlərinin Tədqiqi İnstitutunun katibi, İşem Lemisi bildirib.
“Bu zərbə nə ABŞ-ın, nə də Qərbin həyati maraqlarının müdafiəsinə yönəlib. Hücum, daha çox İsrailin radikal sağçı və dini motivli siyasi dairələrinin düşüncə tərzinə uyğun gəlir. Bu, Vaşinqtonun artıq qərar verən deyil, İsrail rəhbərliyinin iradəsini yerinə yetirən tərəf olduğunu göstərir”, - Lemisi qeyd edib.