Ekspert Ermənistandakı acınacaqlı vəziyyətdən danışdı

10.05.2025

News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Rəsmi statistikaya görə, 2025-ci ilin aprelində əvvəlki ilin müvafiq ayı ilə müqayisədə Ermənistanda tərəvəzin qiymətləri 17,9%, meyvənin qiymətləri isə 7,9% artıb”.

News24.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu iqtisadçı ekspert Suren Parsyan deyib.

O bildirib ki, Ermənistanda cari ilin mart ayı ilə müqayisədə kartof 47%, xiyar 16,6%, alma 16,4%, çiyələk isə 23,7% bahalaşıb:

Ekspert rəsmi məlumatlara əsaslanaraq qeyd edib ki, Ermənistanın hər dördüncü sakini yoxsuldur və gəlirlərinin böyük hissəsini yeməyə xərcləyirlər:

"Qiymətlərin qalxmasını nəzərə alsaq, yoxsulluğun səviyyəsi daha da artır. Tərəvəz və meyvələrin bahalaşmasının əsas səbəbi uğursuz kənd təsərrüfatı siyasətidir”.

\\Publika.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью