Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. 2025-ci ilin yanvar- fevral ayında Azərbaycan bankları 179.4 mln.
manat xalis mənfəət əldə edib. "APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,3% azdır. Bankların əməliyyat mənfəəti isə bu ilin ilk iki ayında 275.2 mln.
manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 7,7% azdır.
Qeyd edək ki, 2024-cü ilin yanvar-fevral aylarında banklar 209.8 mln. manat xalis mənfəət, 298.3 mln.
manat məbləğində əməliyyat mənfəəti əldə edib.Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov "Sherg.az"a açıqlamasında bildirib ki, mənfəət gəlirlə xərc arasındakı fərq deməkdir:“Hər bir bankın mənfəətinin azalmasında müxtəlif səbəblər var.
Ümumiyyətlə Bank gəliri verdiyi kredit faizindən qazanır. Bəzi banklar, kredit faizlərini azaldıb, əmanət faizlərini isə artırıb.
Yəni müştəriyə daha çox ödəyir, özü isə daha az qazanır və fərq azalır.