Ekspert: İnsana telefon, televizor kimi ümumi ad vermək olmaz | Icma.az
Icma.az, Sherg.az saytına istinadən bildirir. “Ov”, “yev” soyad sonluqları ilə vidalaşmağın zamanı gəldiQırğızıstan milli türk kimliyinə qay
Layihənin müəllifi Qırğızıstan parlamentinin spikeri Nurlanbek Şakiyevdir.
Yeni qanun layihəsi barədə məlumat verən spiker bildirib ki, qırğız xalqı nəhayət, öz milli soyad sonluğuna keçməlidir.
O, yeni ildən etibarən, öz soyadını Nurlan Turqunbek uulu (oğlu) kimi rəsmiləşdirəcəyini də bəyan edib.
Qırğız Respublikası Joqorku Keneşinin (Qırğıstan Parlamentinin) sədri Nurlanbek Şakiyev tarixi soy-kökə qayıdışın, milli dəyərlərin fəal təbliğatçısı kimi tanınır.
Şakiyev siyasi karyerası boyu rus imperializminə qarşı çıxıb, ölkəsində rus dilinin ikinci dil səviyyəsinə qaldırılmasını daim tənqid edib.
Siyasətçi həmçinin qırğız uşaqlarının öz ana dilində təlim-tərbiyə edilməsini vacib sayaraq uşaqlar üçün yayımlanan animasiya filmlərinin rus dilində dublyajının əleyhinə çıxıb.
“Ov”, “yev” soyad sonluqları ilə vidalaşmağın zamanı gəldiyini söyləyən spiker parlamentin tribunasından deyib: “Beləliklə, yeni ildən sonra mən Nurlan Turqunbekoviç deyil, Nurlan Turqunbek uulu olacağam”.
Tam oxu
Xəbəri oxu