Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“İran hərbi güc baxımından ABŞ-dən zəif olsa da, uzunmüddətli müharibəyə hazırlığı və iradəsi daha güclüdür”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Yaponiya Milli Müdafiə Akademiyasının fəxri professoru Ryoji Tateyama bildirib.
Onun sözlərinə görə, Donald Trampın sərt bəyanatları Tehrana təsir etmir və İran müqavimət əzmindədir:
“İran raket hücumları ilə regionda təzyiq yaradır, xüsusilə Fars körfəzi ölkələri və İsrail üzərində gərginliyi artırır. Həmçinin, Hörmüz boğazına nəzarət vasitəsilə qlobal enerji bazarına təsir göstərir”.
Tramp isə aprelin 2-də İranı tezliklə razılığa gəlməyə çağırıb və əks halda mülki infrastruktura zərbələr endirilə biləcəyini bildirib.
Həmin gün İranın Əlborz əyalətində mühüm bir körpünün zərbə nəticəsində dağıldığı açıqlanıb.
Aişə Abdulova
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin