Ekspert: Macarıstanın Azərbaycandakı investisiyaları enerji sektorundan kənar sahələrə də genişlənə bilər

30.01.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 30 yanvar, Tamilla Məmmədova, AZƏRTAC

Macarıstanın Azərbaycandakı investisiyalarının qeyri-enerji sahələrində genişlənməsi üçün potensial mövcuddur.

Bu fikri AZƏRTAC-da yayımlanan “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında beynəlxalq və iqtisadi inkişaf üzrə macarıstanlı ekspert Matiyaş Koxan söyləyib.

O xatırladıb ki, Azərbaycanda artıq Macarıstana məxsus ilk iri qeyri-enerji investisiya layihəsi olan “Hell” içki istehsalı zavodu həyata keçirilib və hazırda normal rejimdə fəaliyyət göstərir. Ekspertin fikrincə, bu layihə Macarıstan kapitalının iqtisadiyyatın digər sahələrinə cəlb edilməsi imkanlarını nümayiş etdirir.

Ekspert həmçinin qeyd edib ki, son illərdə Macarıstanın xidmət şirkətləri Mərkəzi Asiya ölkələrinin, xüsusilə Qazaxıstan bazarlarında aktiv fəaliyyət göstərir. Onun qiymətləndirməsinə görə, Azərbaycan bazarı onların fəaliyyətinin genişləndirilməsi üçün, o cümlədən xidmətlər və sənaye istehsalı sahələrində perspektivli istiqamətdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью