Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 30 yanvar, Tamilla Məmmədova, AZƏRTAC
Şərqi və Mərkəzi Avropa ilə qarşılıqlı əlaqə kontekstində Azərbaycanın iqtisadi potensialı əsasən enerji sektorunun inkişafı və şaxələndirilməsi ilə müəyyən edilir.
Bunu AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və Dünya” proqramının son bölümündə beynəlxalq və iqtisadi inkişaf üzrə macarıstanlı ekspert Matyaş Kohan bildirib.
O, MOL şirkətinin “Şahdəniz” qaz yatağının işlənməsində iştirakının Macarıstan üçün strateji əhəmiyyətə malik olduğunu bildirib, çünki ölkə enerji idxalından çox asılıdır. Ekspert qeyd edib ki, bu amil Avropa bazarında qaz qiymətlərinin dəyişkənliyindən asılılığı azaltmağa kömək edir.
Kohan vurğulayıb ki, bu gün Azərbaycanın enerji gündəliyi yalnız karbohidrogen layihələrini deyil, həm də bərpaolunan enerji mənbələrinin inkişafını əhatə edir. O, ölkənin yaşıl enerji sahəsində yüksək potensialına, Macarıstandan və Avropa İttifaqının digər ölkələrindən xarici investisiyaların cəlb edilməsi üçün şərait yaradan dövlət proqramlarının mövcudluğuna diqqət çəkib.